Mobil cihaz

"iPhone" smartfonu və "iPad" planşeti — mobil cihazların iki nümunəsi.

Mobil cihaz, həmçinin əl kömpüteri və ya rəqəmsal köməkçi — əldə tutulacaq və işləyəcək qədər kiçik həcmdə olan kompüter. Mobil cihazlarda adətən düz LCD və ya OLED ekran, sensor ekran interfeysi, rəqəmsal və ya fiziki butonlar olur. Onların fiziki klaviaturası da ola bilər. Bir çox mobil qurğular internetə qoşula və Wi-Fi, "Bluetooth", mobil şəbəkələr, həmçinin NFC vasitəsilə avtomobil əyləncə sistemləri və ya qulaqlıqlar kimi digər cihazlara qoşula bilər. İnteqrasiya edilmiş kameralar, audio və video telefon zəngləri yerləşdirmək və qəbul etmək imkanı, videooyunlarqlobal mövqeləşdirmə sistemi (GPS) imkanları geniş yayılmışdır. Güc adətən litium-ion batareya ilə təmin edilir. Mobil cihazlar üçüncü tərəf proqramlarının quraşdırılmasına və işə salınmasına imkan verən mobil əməliyyat sistemlərini işlədə bilər.

İlkin smartfonlara 2000-ci illərin sonlarında daha böyük planşetlər qoşulmuşdur. Giriş və çıxış adətən sensor ekran interfeysi vasitəsilə həyata keçirilir. Telefonlar/planşetlər və fərdi rəqəmsal köməkçilər eksklüziv xüsusiyyətlərə əlavə olaraq, noutbuk/masaüstü kompüterin əksər funksiyalarını təmin edə bilər.[1]

Mobil cihazların əsas qlobal istehsalçıları "Apple", "Samsung", "Huawei", "Meizu", "Zte", "Xiaomi", "Sony", "Google", HTC, LG, TCL, "Motorola Mobility", "Nokia", "Realme" və "Micromax Informatics"dir.

  1. "What is a personal digital assistant (PDA)?". SearchMobileComputing (ingilis). 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search